Azərbaycan cütlüyü “Prezident Kuboku”nda üçüncü oldu
- 03 May 2024 18:15
- 240
Azərbaycan Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında yeddinci medalı qazanıb.
Rekord.az xəbər verir ki, Nurlan Paşayev - Fariz Babayev (2006-2007-ci il təvəllüdlü) cütlüyü 1500 metr məsafəyə akademik avarçəkmə növündə bürünc mükafat əldə edib.
Bu gün başa çatacaq turnirdə 21 ölkə təmsilçiləri qüvvəsini sınayır. Azərbaycan idmançıları daha əvvəl 1 qızıl, 2 gümüş və 3 bürünc medal əldə ediblər.