Azərbaycan döyüşçülərindən Macarıstanda beş medal
- 30 Yan 2024 13:33
- 241
Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdə savatın assault və precombat növü üzrə keçirilmiş beynəlxalq beş medal qazanıb.
Rekord.az xəbər verir ki, assault növündə böyüklərdən Beyrək Bağırov (85 kq) və gənclərdən Məhəmməd Məmmədli (52 kq) qızıl, yeniyetmələrdən Yusif Süleymanov (52 kq) bürünc, precombat növündə isə gənclərdən Məhəmməd Süleymanov (80 kq) gümüş, yeniyetmələrdən Ümid Zeynalov qızıl mükafata sahib çıxıblar.
Qeyd edək ki, Azərbaycanı yarışda 6 idmançı təmsil edib.