Azərbaycan əsilli gimnast dünya çempionu oldu
- 07 Noy 2022 13:42
- 454
Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli idman gimnast Cesika Qədirova İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Rekord.az xəbər verir ki, döşəmə üzərində sərbəst hərəkətlərə görə hakimlərdən 14,200 xal alan 18 yaşlı idmançı fəxri kürsünün 1-ci pilləsinə qalxıb.
Cesikanın əkiz bacısı Cenifer Qədirova 13.166 nəticə ilə yeddinci olub.
Xatırladaq ki, Cesika Qədirova qələbəsi ilə komandasına Paris 2024-ə vəsiqə qazanmağa kömək edib.