
Azərbaycan fiqurlu konkisürəni İtaliyada üçüncü oldu
- 07 Fev 2025 17:30
- 181
Azərbaycanı fiqurlu konkisürmə üzrə beynəlxalq yarışlarda təmsil edən Anna Sofia Obrien İtaliyada keçirilən “Egna Dance Trophy” turnirində üçüncü olub.
Rekord.az bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətinə istinadən məlumat verir.
Ritm və sərbəst proqram üzrə çıxış edən Anna Sofia Obrien 15 ölkədən olan 18 idmançının mübarizəsində 129.35 xal toplayaraq bürünc medal qazanıb.