
Azərbaycan futbolunda daha bir maraqlı olay: eyni adam iki klubda baş məşqçi işləyir
- 13:00
- 184
Azərbaycan futbolunda zaman-zaman qəribə olaylar yaşanır.
Rekord.az xəbər verir ki, növbəti belə bir olay İbrahim Uzunca ilə bağlıdır.
"Bakı"nın sabiq baş məşqçisi hazırda Azərbaycanda çalışır və eyni anda iki komandanın baş məşqçi postunu tutur. Belə ki, o, həm II Liqada yarışan "Dinamo"nun, həm də "Region Liqası"nda mübarizə aparan "Xankəndi"nin baş məşqçisidir. Maraqlıdır ki, "Xankəndi" bu məşqçinin adını rəsmi şəkildə, təmtəraqla təqdim etmişdi.