Azərbaycanın bədii gimnastı Alina Məmmədova Almaniyanın Leverkuzen şəhərində keçirilən "4-cü Qış Kuboku" yarışlarında gümüş medal qazanıb.

Rekord.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançı topla hərəkətlərdə ikinci yeri tutub.

Xatırladaq ki, turnirdə Leyli Ağazadə və Fidan Aladinova da mübarizə aparır. “4-cü Qış Kuboku” dekabrın 12-də başa çatacaq.