Azərbaycan gimnastı Aleksey Karataşov Böyük Britaniyanın Birmingem şəhərində keçirilən 30-cu dünya yaş qruplarında bürünc medal qazanıb.

Rekord.az xəbər verir ki, o, tamblinq üzrə yarışda 3-cü yeri tutub.

Milli komanda noyabrın 19-dək davam edəcək mötəbər turnirdə tamblinq növündə 3 gimnastla (Aleksey Karataşov, Bilal Qurbanov, Hüseyn Əsədullayev) təmsil olunub.