Azərbaycan gimnastları “AGF Trophy” turnirinin son günündə 13 medal qazandılar
- 18 Mar 2024 15:00
- 207
Bakıda keçirilən idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turnirində son qaliblər müəyyənləşib.
Rekord.az xəbər verir ki, yarışın axırıncı günündə idmançılarımız 13 medal qazanıblar.
Böyüklər arasında milli üzvləri Nazənin Teymurova 2 qızıl (gimnastika tiri, sərbəst hərəkətlər), İvan Tixonov bir qızıl (dəstəli at), bir gümüş (turnik), Mənsum Səfərov bir qızıl (turnik), Rəsul Əhmədzadə bir gümüş (dəstəli at) medal qazanıblar.
Yeniyetmələrdə isə Albina Aliyeva birinci (gimnastika tiri) və ikinci (sərbəst hərəkətlər), Məhəmməd Rüstəmzadə birinci (turnik), Emin Xankişiyev ikinci (dəstəli at) və üçüncü (turnik), Aynaz Məcidzadə (sərbəst hərəkətlər) və Hüseyn Qəhrəmanov üçüncü (dəstəli at) yeri tutublar.