Azərbaycanın bədii gimnastları Azadə Atakişiyeva, Alina Kolesnikova, Yelizaveta Yefremova, Zəhra Tahirova Avstriyanın Obertraun şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcəklər.

Rekord.az xəbər verir ki, idmançılar hazırlıq prosesi ilə bağlı sözügedən ölkəyə yollanıblar.

Qeyd edək ki, toplanış iyulun 1-dək davam edəcək.