Azərbaycanın bədii gimnastika üzrə milli komandasının üzvləri iyulun 7-də Rumıniyanın Kluj-Napoka şəhərində start götürəcək gənclər arasında 2-ci dünya çempionatında iştirak edəcəklər.

Rekord.az xəbər verir ki, fərdi gimnastlar Şəms Ağahüseynova, Nuray Əhmədzadə, Nəzrin Abdullayeva, qrup hərəkətləri komandasının üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova Macarıstanda keçirilən təlim-məşq toplanışlarını başa vuraraq sözügedən ölkəyə yollanıblar.

Turnir iyulun 9-da başa çatacaq.