Azərbaycanın akrobatika gimnastikası üzrə yığma komandasının üzvləri Polşanın Jeşuv şəhərində keçirilən dünya kubokunda qızıl medal qazanıblar.

Rekord.az xəbər verir ki, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük çoxnövçülük proqramında yarışın qalibi olublar.

Nizam Xamidulin və Milana Əliyevadan ibarət qarışıq cütlük, həmçinin, Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən təşkil edilən qadın qrupu isə eyni şəhərdə baş tutan beynəlxalq turnirdə çoxnövçülük proqramında qızıl medallara sahib çıxıblar.