Azərbaycan gimnastları Böyük Britaniyanın Birmingem şəhərində batut gimnastikası və tamblinq üzrə keçirilən dünya yaş qrupları yarışında uğurla çıxış ediblər.

"Rekord.az" xəbər verir ki, yığma komandanın üzvlərindən İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Samirə Hüseynova və Ayan Şabanova sinxron proqramda gümüş medal qazanıblar.

Qeyd edək ki, bu nəticə qadınlar arasında sinxron proqramda Azərbaycan gimnastika tarixində dünya yaş qrupları yarışında qazanılan ilk nailiyyətdir.