Azərbaycan bədii gimnastları Şəms Ağahüseynova və Sofiya Məmmədova Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziadada ikinci və üçüncü yerləri tutublar.

Rekord.az xəbər verir ki, bu barədə Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Çoxnövçülük üzrə fərdi proqramda Şəms Ağahüseynova gümüş, Sofiya Məmmədova isə bürünc medal qazanıb.