Akrobatika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri iyulun 7-də İtaliyada start götürəcək “Turin Acro Cup” turnirində mübarizə aparacaqlar.

Rekord.az xəbər verir ki, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Nəzrin Zeyniyeva, Aynur Yusufova, Lalə Hüseynovadan ibarət qadın qrupu 9-cu dəfə təşkil olunacaq beynəlxalq yarış üçün Turin şəhərinə yola düşüb.

Xatırladaq ki, turnir iyulun 9-na qədər davam edəcək.