Azərbaycanın gənc bədii gimnastları iyunun 29-da Macarıstanın paytaxtı Budapeştdə start götürəcək “Junior Cup”da iştirak edəcəklər.

Rekord.az xəbər verir ki, fərdi gimnastlar Şəms Ağahüseynova, Nuray Əhmədzadə, Nəzrin Abdullayeva, qrup hərəkətləri komandasının üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova sözügedən şəhərə yollanıblar.

Yarış iyunun 30-da başa çatacaq. Yığma üzvləri daha sonra 1-4 iyulda Budapeştdə təlim-məşq toplanışına qatılacaqlar.