
Azərbaycan gimnastları üçün Antalya sınağı
- 20 Mar 2025 17:00
- 73
İdman gimnastikası üzrə Azərbaycan millisi Türkiyənin Antalya şəhərinə yollanıb.
Rekord.az xəbər verir ki, yığmamız sabah start götürəcək və 3 gün davam edəcək Dünya kubokunda mübarizə aparacaq.
Nikita Simonov, İvan Tixonov, Rəsul Əhmədzadə, Murad Ağarzayev, Nazənin Teymurova və Dəniz Əliyeva fərdi yarışlarda fərqlənməyə çalışacaqlar.
Antalya turniri Dünya kuboku seriyasının üçüncü mərhələsi olacaq.
Xatırladaq ki, yarışın ilk mərhəsi Kottbusda, ikincisi Bakıda baş tutub.