Akrobatika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Belçikada təşkil olunacaq beynəlxalq turnirlərə qatılacaqlar.

Rekord.az xəbər verir ki, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük Antverpenin Purs bölgəsində təşkil olunacaq dünya kubokunda iştirak edəcək.

Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Başiri isə eyni şəhərdəki “Flanders Acro Cup”a qatılacaqlar.

Hər iki yarış 6-9 apreldə keçiriləcək.