Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının üzvləri Çexiyada beynəlxalq yarışlara qatılacaqlar.

Matc.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Mədinə Dəmirova Çex Respublikasının Brno şəhərində keçiriləcək "Grand Prix Brno Tart Cup", Şəms Ağahüseynova və Nuray Əhmədzadə isə eyni şəhərdə keçiriləcək "Tart Cup" adlı beynəlxalq turnirinə yola düşüb.