
Azərbaycan gimnastlarından Bakıdakı turnirdə gümüş medal
- 29 Mar 2025 15:20
- 110
Azərbaycanın yeniyetmə bədii gimnastları Bakıda keçirilən “AGF Trophy” beynəlxalq turnirində gümüş medal qazanıblar.
Rekord.az xəbər verir ki, Azadə Atakişiyeva və Şəms Ağahüseynova komanda hesabında ikinci yeri tutublar.
Azərbaycan-1 komandası dörd çıxışın yekununda 100.000 xalla mükafata sahib çıxıb. Qazaxıstan (100,700) birinci, Gürcüstan (94,950) üçüncü yeri tutub.
Bundan əlavə, dörd yeniyetmə finala vəsiqəni təmin edib. Azadə Atakişiyeva gürzlərlə hərəkətlərdə təsnifat mərhələsinin qalibi olubsa, Fidan Qurbanlı da bu yarışda ilk səkkizliyə düşüb. Şəms Ağahüseynova lentlə təsnifatda ikinci, Fidan Qurbanlı isə dördüncü yerdən finala yüksəlib.
Qeyd edək ki, beynəlxalq turnir martın 30-da başa çatacaq.