Azərbaycan gimnastlarından Belarusda 4 medal
- 29 İyl 2024 15:41
- 250
İyulun 26-dan 28-dək Belarusun Minsk şəhərində keçirilən bədii gimnastika üzrə “Crystal Rose – Helen Valery” qran-pri yarışında Azərbaycan təmsilçiləri 4 medal qazanıb.
Rekord.az xəbər verir ki, fərdi gimnast Şəms Ağahüseynova top (29,000), gürzlər (28,300) və lent (27,600) proqramlarının hər birindən bürünc medal əldə edib.
Yeniyetmələrin yarışında isə Azadə Atakişiyeva fəxri kürsüyə yüksəlib. O, halqa ilə (29,450) çıxışına görə bürünc medala layiq görülüb. Beləliklə, milli komandamız Minskdə keçirilən beynəlxalq turnirə 4 bürünc medalla yekun vurub.