Azərbaycan gimnastlarından Dünya Kubokunda 4 medal
- 13 May 2024 10:00
- 215
Akrobatika gimnastikası üzrə Azərbaycan millisi Bolqarıstanın Burqas şəhərində keçirilən Dünya Kubokunda uğurlu çıxış edib.
Rekord.az xəbər verir ki, komanda sözügedən yarışı 4 medalla bitirib.
Ağasif Rəhimov və Raziyə Seyidli qarışıq cütlüyü və Zəhra Rəşidova, Anahita Bashiri və Nəzrin Zeyniyeva ibarət üçlük qızıl mükafata sahib çıxıblar.
Murad Rəfiyev və Daniel Abbasovdən ibarət cütlük, Riad Səfərov, eləcə də Abdulla Əl-Məşayxi, Seymur Cəfərov və Seyidli Rəsul ibarət kvartet isə Dünya Kubokunda 2-ci pilləni tutub.