Azərbaycan gimnastlarından Polşada 4 medal
- 22 May 2022 18:00
- 444
Polşanın Qdınya şəhərində bədii gimnastika sayca 4-cü “Qdınyanın bədii gimnastika ulduzları-2022” adlı beynəlxalq turnir keçirilir.
Rekord.az xəbər verir ki, sözügedən turnirdə Azərbaycan gimnastları da çıxış edir.
Yığma komandamızın böyüklərdən ibarət qrup hərəkətləri üzrə ikinci heyəti ötən gün bu turnirdə çoxnövçülükdə qızıl medal qazanıb.
Sözügedən heyət bu gün daha iki medal qazanıb. Komandamız 5 halqa ilə qızıl, 3 lent və 2 topla hərəkətlərin icrasına görə gümüş medal əldə edib. Fərdi növdə isə komandamızın üzvü Alina Gözəlova topla hərəkətlərdə bürünc medala sahib çıxıb.