Bakıda ofisdən oğurluq olub.

Rekord.az xəbər verir ki, hadisə Heydər Əliyev prospekti 2 ünvanında yerləşən Azərbaycan Güləş Federasiyasına məxsus ofisdə qeydə alınıb.

Ofisə daxil olmuş naməlum şəxs və ya şəxslər federasiyaya məxsu, içərisində azı 63 min manat olan dəmir seyfi oğurlayıb. Seyfdəki pulların 45 min manatı federasiyaya, qalan hissəsi isə federasiyanın baş mühasibinə məxsus olub.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (oxu.az)