Azərbaycan güləşçiləri Polşada beynəlxalq turnirdə iştirak edəcəklər
- 13 İyn 2024 20:45
- 242
Azərbaycan sərbəst güləşçiləri iyunun 19-dan 23-dək Polşanın paytaxtı Varşavada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.
Rekord.az xəbər verir ki, ənənəvi yarışda ölkəmizi məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında Əli Rəhimzadə (65 kq), Zirəddin Bayramov, Sabir Cəfərov (hər ikisi 70 kq), Əşrəf Aşırov (79 kq), Osman Nurmaqomedov, Arseni Djioyev (hər ikisi 86 kq) və Abubakr Abakarov (92 kq) təmsil edəcək.
Sərbəst güləş üzrə yarış iyunun 22-23-də keçiriləcək. Görüşlər hər gün Bakı vaxtı ilə 13:00-da başlayacaq.
Turnirdə 2-ci dərəcəli beynəlxalq hakim Elgün Məmmədov ədaləti qoruyacaq.