Azərbaycan güləşçiləri Türkiyədən 4 medalla qayıdırlar
- 10 Mar 2024 23:08
- 245
Türkiyənin Antalya şəhərində güləş üzrə Yaşar Doğu & Vehbi Əmrə turniri keçirilib.
Rekord.az xəbər verir ki, ənənəvi yarışda ölkəmizi yunan-Roma və sərbəst güləş üzrə milli komandaların üzvləri təmsil edib.
Yunan-Roma güləşində Ziya Babaşov (63 kq) gümüş, Tural Mehtiyev (55 kq) isə bürünc medal qazanıb. Sərbəst güləşdə Musa Ağayev (65 kq) gümüş, Ramiz Həsənov (79 kq) isə bürünc medal əldə edib.
25 ölkədən 600-dən artıq güləşçinin qatıldığı turnirdə beynəlxalq dərəcəli hakimlərimiz Əli Babayev və Elgün Məmmədov ədaləti qoruyub.