Azərbaycan güləşçilərindən Budapeştdə daha iki medal
- 21 Mar 2021 23:00
- 779
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirini 2 medalla başa vurub.
Rekord.az xəbər verir ki, İslam Abbasov (87 kq) qızıl, Sənan Süleymanov (77 kq) isə bürünc medala yiyələnib. Rəqibləri tatamiyə çıxmadıqları üçün güləşçilərimizə texniki qələbə verilib.
Abbasov finala yüksəldiyi üçün Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya da əldə edib.
60 kq-dakı Murad Məmmədov isə zədə səbəbindən döşək üzərinə çıxmayıb. Bu səbəbdən o, texniki məğlubiyyət alıb.
Qeyd edək ki, Azərbaycan güləşçiləri Budapeştdə ümumilikdə 3 lisenziya qazanıb. Bununla da Tokio olimpiadasına vəsiqələrin sayı beşə çatıb. Ölkəmiz Oyunlarda sərbəst güləşdə 65, 74 və 97 kq, qadın güləşində 50 kq, yunan-Roma güləşində isə 87 kq-da təmsil olunacaq.
Xatırladaq ki, sonuncu lisenziya yarışı - Dünya Olimpiya Təsnifat turniri 6-9 mayda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək. Həmin yarışda da hər çəkidə ilk iki yerin sahibi ölkəsinə olimpiya lisenziyası qazandıracaq.