Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının daha iki üzvü Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında medal qazanıb.

Rekord.az xəbər verir ki, Rəşad Məmmədov yarışın gümüş medalına sahib çıxıb.

55 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda iranlı Ahmad Vafa ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib.

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Xasay Həsənli isə dünya çempionatının bürünc medalını qazanıb. 77 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda görüşdə gürcüstanlı Temuri Orjonikidze ilə üz-üzə gəlib. 7:1 hesabı ilə qələbə qazanan Həsənli fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Daha əvvəl Nihad Quluzadə (60 kq) də bürünc medala sahib çıxmışdı.