Azərbaycan güləşçilərindən Rusiyada 3 medal
- 29 İyn 2024 23:47
- 231
Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” Oyunlarında güləş yarışlarına start verilib.
Rekord.az xəbər verir ki, U-15 yaş qrupu üzrə keçirilən yarışda qızlardan ibarət millimizin 3 üzvü fəxri kürsüyə qalxıb.
Rəna Nuriyeva (54 kq) gümüş, Gülnar Ağadadaşova (39 kq) və Simura Abdullayeva (62 kq) isə bürünc medal qazanıb.
Xatırladaq ki, “Asiya Uşaqları” Oyunlarında güləş yarışları iyulun 2-dək davam edəcək