Azərbaycanın yunan-Roma güləşçilərinin toplanışına bu gün start verilib.


Rekord.az Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Avropa çempionatına hazırlıq məqsədi daşıyan toplanışı Bakıda – Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçir.


Sərbəst güləş üzrə yığma geniş heyətlə Qubada təlim-məşq toplanışı davam edir. Martın 19-da başlayan hazırlıq prosesi aprelin 2-dək davam edəcək. Quba Olimpiya İdman Kompleksində təşkil edilən toplanışda gənclərdən ibarət milli də iştirak edir.


Yunan-Roma və qadın güləşi üzrə yığmalar da məsul yarışın son hazırlığını Bakıda – Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında davam etdirir. Qadınların məşqləri martın 22-də start götürüb və aprelin 7-də yekunlaşacaq.


“Klassiklər” aprelin 9-dək hazırlığı davam etdirəcək.


Qeyd edək ki, Avropa çempionatı aprelin 7-dən 13-dək Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.