
Azərbaycan güləşçisi AÇ-də erməniyə qalib gəldi, medal şansı yarandı
- 12 Apr 2025 14:30
- 53
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Beka Kandelaki (130 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
Rekord.az xəbər verir ki, 29 yaşlı idmançı təsəlliverici qarşılaşmada ermənistanlı David Ovasapyandan üstün olub.
Kandelaki rəqibini 2:0 hesabı ilə üstələyib.
Bu gün beş yunan-Roma güləşçisi mübarizəyə başlayır.