Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı
- 20 Avq 2024 21:00
- 248
Azərbaycan güləşçisi Əmrah Əmrahov (48 kq) İordaniyanın Amman şəhərində davam edən U-17 dünya çempionatında bürünc medal qazanıb.
Rekord.az xəbər verir ki, təmsilçimiz 1/8 finalda ukraynalı Boqdan Makarovetsi 3:1 hesabıyla üstələyərək yarışa qələbə ilə başlayıb.
Lakin o, 1/4 finalda iranlı Armin Şamsipourhacıya uduzaraq (0:8) qızıl medal qazanmaq şansını itirib.
Əmrahov təsəlliverici görüşdə bolqarıstanlı Kaloyan İvanova heç bir şans tanımayaraq (9:0) bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb. Güləşçimiz bu mərhələdə qazaxıstanlı Yedige Toleutayevi də 3:1 hesabıyla üstələyərək dünya üçüncüsü olub.