Azərbaycan güləşçisi reytinq turnirinin qalibi oldu
- 08 İyn 2024 23:46
- 248
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri davam edir.
Rekord.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə millinin 2 üzvü mübarizəyə qoşulub.
Murad Məmmədov (63 kq) 1/4 finalda macarıstanlı Levente Tota (11:0), yarımfinalda isə iranlı Meysam Dalxaniyə (10:1) tam üstünlüklə qalib gəlib. Həmyerlimiz finalda moldovalı dünya və Avropa çempionu Viktor Çobanunu (10:0) elə ilk hissədə aldığı xallarla vaxtından əvvəl məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beka Kandelaki (130 kq) təsnifat mərhələsində Türkiyənin məşhur güləşçisi Rza Kayaalpa 0:3 hesabıyla uduzub.
Əlavə edək ki, sabah Eldəniz Əzizli (55 kq), Ülvü Qənizadə, Həsrət Cəfərov (hər ikisi 72 kq) və Sənan Süleymanov (77 kq) güləşəcək.