
Azərbaycan güləşçisindən AÇ-də bürünc medal
- 11 Apr 2025 22:40
- 64
Azərbaycan güləşçisi Jalə Əliyeva (57 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Rekord.az xəbər verir ki, o, üçüncü yer uğrunda görüşdə Cenna Hemyae (Finlandiya) ilə üz-üzə gəlib.
Əzmkar qələbə qazanan Əliyeva bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olubsa, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.
Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qitə birinciliyi aprelin 13-də başa çatacaq.