Azərbaycan hakimliyinin "ingilis dili" problemi: Stuxlik özü açıqladı
- 24 Okt 2019 15:00
- 1041
"Azərbaycanın 2020-ci il üçün FIFA referilərinin siyahısında heç bir dəyişiklik olmayacaq".
Rekord.az xəbər verir ki, bu sözləri "Lider" TV-yə müsahibəsində AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik deyib.
Onun sözlərinə görə, növbəti il üçün siyahıda cari mövsümdə olduğu kimi, Əliyar Ağayev, Rəhim Həsənov və Rauf Cabbarov yer alacaq: "Hakimlərimizdən Əliyar Ağayev 1-ci kateqoriyada yer alıb. Yeni siyahıda bir nəfərin adını vermək istəyirdim. Lakin istədiyimi tapa bilmədim. Fiziki baxımdan hakimlərimiz yaxşıdır, ancaq ingilis dilində böyük problem var. FİFA-ya hansı hakimin adını göndərirsənsə, o, bütün kriteriyalara cavab verməlidir. Bu meyarlara cavab verməyən hakimi göndərsək, onu məhv etmiş olarıq. Təsəvvür edin, adı siyahıya daxil edilmiş hakim FİFA-nın seminarında ingilis dilində ünsiyyət qura bilmir. O zaman həmin referi üçün hər şey bitmiş olacaq" - deyə, Ştuxlik bildirib.