Azərbaycan yelkənçiləri Türkiyədə keçirilmiş "XI Erk Çelik Halat Bodrum" beynəlxalq yarışında uğurlu çıxış ediblər.

Rekord.az xəbər verir ki, turnirə optimist sinifi üzrə qatılan idmançılardan Davud Babazadə və Nərgiz Məmmədova 7 ölkə arasında üçüncü yeri tutublar.

Yarışda məşqçi Yasin Çakırın rəhbərliyi altında milli üzvlərindən Nəzrin Məmmədova, Emel Məmmədli, Nərgiz Məmmədova, Kamal Bəşirli, Davud Babazadə və Furkan Mustafayev mübarizə aparıblar.