Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2022-ci ilin iyul ayı üçün reytinqini açıqlayıb.

Rekord.az xəbər verir ki, bədii gimnastika üzrə Azərbaycan yığması 435 xalla birinci pillədə qərarlaşıb.

Bədii gimnast Zöhrə Ağamirova 250 xalla ikinci, sablyaçı Anna Başta isə 240 xalla üçüncü sıradadır.

Reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

reytinq_iyul_2022_qisa.pdf

reytinq_iyul-2022_genish.pdf

reytinq_iyul_xal_hesablama_cedveli.pdf