Azərbaycan idmançılarının iyul ayı üçün reytinq cədvəli açıqlandı
- 02 İyl 2024 22:22
- 238
Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin iyul ayının 1-nə olan reytinq cədvəlini açıqlayıb.
Rekord.az xəbər verir ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandası (510 xal) birinci pillədə qərarlaşıb.
Cüdoçu Hidayət Heydərov (450 xal) ikinci, idman gimnastı Nikita Simonov (430 xal) isə üçüncüdür.
Bədii gimnast Zöhrə Ağamirova (340 xal), cüdoçular Zelim Kotsoyev (330 xal), Rəşid Məmmədəliyev (295 xal), Yaşar Nəcəfov (290 xal), Balabəy Ağayev (290 xal), Elcan Hacıyev (290 xal) növbəti sıralarda yer alıblar.