
Azərbaycan idmançısı 36 aylıq diskvalifikasiya olunub
- 01 Apr 2025 17:45
- 75
Azərbaycan pauerliftinqçisi Rəşad Əliyev antidopinq qaydalarını pozduğuna görə 36 aylıq diskvalifikasiya olunub.
Rekord.az AMADA-ya istinadən xəbər verir ki, buna səbəb kimi idmançı tərəfindən qadağan edilmiş maddə və ya üsuldan istifadə, yaxud istifadə cəhdi əsas gətirilib.
Nümunəsində S1 anabolik androgenik steroidlər aşkarlanan idmançının cəzasının qüvvəyə minmə tarixi bu il fevralın 19-u göstərilib.
Sanksiyanın müddəti 2028-ci il fevralın 19-da bitəcək.