Azərbaycan idmançısı zədəyə görə paralimpiadada iştirak etməyəcək
- 28 Avq 2024 15:15
- 200
Azərbaycan parataekvondoçusu Röyalə Fətəliyeva Fransanın paytaxtı Parisdəki Yay Paralimpiya Oyunlarında iştirak edə bilməyəcək.
Rekord.az zəbər verir ki, 52 kq çəki dərəcəsində yer alan idmançı zədələndiyi üçün yarışı buraxmalı olacaq. O, bu səbəbdən Parisə yollanmayacaq.
Açılış mərasimi bu gün baş tutacaq paralimpiada sentyabrın 8-də başa çatacaq.