Azərbaycan idmanının tarixi qələbəsindən 20 il ötür
- 10 Mar 2022 10:52
- 1353
Bu gün ölkə idmanı üçün əlamətdar gündür. "Rekord.az" xəbər verir ki, Azərbaycan idmanının beynəlxalq arenada tanıdılmasında əvəzsiz xidmətləri olan voleybolumuzun ilk böyük uğuru – qadınlardan ibarət “Azərreyl” klubunun Avropa “Top-komandalar” kubokunu qazanmasının 20 ili tamam olur.
Ölkəmiz müstəqillik qazandıqdan sonra digər sahələr kimi idman da intibah dövrünü yaşayır. Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra xüsusi diqqət ayırdığı sahələrdən biri idman oldu. 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi idmandakı inkişafı daha da sürətləndirdi. Məhz bu diqqət və qayğı hər an idmançılarımıza ruh yüksəkliyi verib, böyük qələbələr qazandırıb. 2002-ci ildə “Azərreyl” klubunun tarixi qələbəsindən sonra ulu öndər Heydər Əliyevin voleybolçularımızla görüşü bu diqqət və qayğının bariz göstəricisi idi.
Avropa “Top-komandalar” kubokunu qazanmış “Azərreyl”in kollektivini, 2002-ci ildəki heyətini xatırlayaq:
Voleybolçular – Alla Həsənova, Yelena Porxomenka, Oksana Parxomenko, Oksana Məmmədyarova, Valeriya Karatenka, İnessa Qorxmaz, Alla Teterina, Yelena Şabovta, İlahə Ağayeva, Yelena Siminyagena, Səbinə Əjdərova, Marina Kuzmina;
Baş məşqçi Faiq Qarayev.
Köməkçi məşqçilər Aleksandr Çervyakov, Vyaçevslav Çerneykin; həkim Zinyət Orduxanova, fizioterapevt Dinara Əjdərova; menecer Qriqori Frişman.