Azərbaycan karateçiləri AÇ-də 5 medal qazandılar
- 20 İyn 2022 11:15
- 444
Çexiyanın paytaxtı Praqada karate üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatı başa çatıb.
Rekord.az xəbər verir ki, Azərbaycanın yeniyetmə və gənclərdən ibarət seçmə komandası qitə yarışında 3 qızıl, 2 bürünc medal qazanıb.
Qızıl medalları komandanın aktivinə gənclər arasında Vahid Həsənov (+76 kq), Hüseyn Məmmədli (67 kq), yeniyetmələrin yarışında Əzim Rahib (+70 kq) yazdırıblar. Yeniyetmələr arasında mübarizə aparan komandanın digər üzvləri Aslan Dostuyev (57 kq), Fatimə Məmmədova (47 kq) isə qitə çempionatında üçüncü yerləri tutublar.
Praqadakı yarışa 48 ölkədən 1064 idmançı qatılıb.