Azərbaycan karateçiləri Kiprdən 4 medalla qayıdır
- 02 May 2022 16:41
- 465
Kiprin Limassol şəhərində Karate1 Gənclər Liqası keçirilib. Rekord.az xəbər verir ki, Azərbaycan karateçiləri də bu yarışda medal qazanmağa müvəffəq olub.
14-15 yaşlı gənclər arasında Rəşid Süleymanov və Rahib Əzim gümüş mükafata sahib olub. Salman Salmanov və Vüsal Qənbərov isə qızıl medal qazanıb.
Karate1 Gənclər Liqasına 51 ölkədən 1612 karateçi qatılıb.
Federasiyadan verilən məlumata görə, 14-15 yaşlı yeniyetmələri, 16-17 və 18-21 yaşadək gəncləri iyunda Çexiyanın paytaxtı Praqada Avropa çempionatı gözləyir. Müxtəlif yaşlı milli komandanın üzvləri bu qitə çempionatına baş məşqçilər Anar Allahverdiyev (kumite) və Vahid Ayvazovun (kata), eləcə də böyük məqçilər Seymur Xudaverdiyev, Nağı Mehdiyev, Şahin Atamov, Niyazi Əliyev və İsmayıl Quliyevin rəhbərliyi altında hazırlaşır.