Azərbaycan karateçiləri Türkiyənin Konya şəhərində yeniyetmə və gənclər arasında keçirilən dünya çempionatında uğurla çıxış edərək 1 qızıl, 2 bürünc medal qazanıblar.

Rekord.az xəbər verir ki, gənclərin yarışında (16-17 yaş) Fərid Savadov (55 kiloqram) qızıl, Rəşid Süleymanov (68 kiloqram) və yeniyetmələrdə (14-15 yaş) İsmayıl Xamoyev (52 kiloqram) bürünc medala sahib olub.

Oktyabrın 30-da 18-20 yaşlı gənclər arasında Əminağa Quliyev (60 kiloqram) qızıl, Nuran Rzazadə (67 kiloqram), Hüseyn Hüseynzadə (84 kiloqram) və Osman Osmanlı (+84 kiloqram) üçüncü yerlər uğrunda qarşılaşmalarda iştirak edəcəklər.

Qeyd edək ki, 105 ölkədən 1 861 idmançının qatıldığı turnirdə Azərbaycan 28 idmançı ilə təmsil olunur.