Azərbaycan karateçilərindən Türkiyədə bürünc medal
- 24 İyl 2024 12:45
- 169
Azərbaycanın karate komandası Türkiyədə keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bursa şəhərində 15-16 yaş kateqoriyasında təşkil olunan yarışda Ayxan Şabanzadə, Hüseyn Sadiqov və Cavid Quliyevdən ibarət kollektiv bürünc medal qazanıb.