Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Rekord.az xəbər verir ki, o, həlledici qarşılaşmada İsveçrə təmsilçisi Yelena Quriçə 4:3 hesabı ilə qalib gəlib.

Beləliklə, İ.Zaretska üçqat dünya çempionu olub. Təcrübəli idmançı 2018 və 2021-ci illərdə keçirilən mundiallarda da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.