Azərbaycan Kazanda 32 ölkə arasında 7-ci oldu
- 23 İyn 2024 00:05
- 210
Tatarıstanın paytaxtı Kazan şəhərində "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarına yekun vurulub.
Rekord.az xəbər verir ki, boksçularımızdan Seyid Seyidov (86 kq) gümüş, Nəbi İsgəndərov (67 kq), Mirşərif Kazımzadə (75 kq), Tural Sarıyev (48 kq) və Vətən Hüseynli (92 kq) bürünc medala layiq görülüblər.
Qılıncoynatmanın sablya növü üzrə oğlanlardan ibarət Azərbaycan komandası gümüş medal qazanıb. Şpaqa üzrə qızlardan ibarət komandamız bürünc medala layiq görülüb.
Cüdoçularımız Musa Huseynli (90 kq) və Camal Feyziyev (+100 kq) bürünc medala sahib olublar.
Ümumilikdə, idmançılarımız yarışları 34 medalla başa vurublar. Onlardan 4-ü qızıl, 9-u gümüş, 21-i isə bürüncdür. Bu nəticə ilə Azərbaycan oyunlarda medal qazanan 32 ölkə arasında 7-ci yeri tutub.