Azərbaycan kikboksçuları İslamiadanı 15 medalla başa vurdular
- 18 Avq 2022 20:00
- 445
Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında kikboksinq yarışları başa çatıb.
Rekord.az xəbər verir ki, Elvin Ağayev (full contact, 86 kq) finalda meydan sahibi Türkiyə idmançısı Əmrah Yaşara uduzaraq gümüş medalla kifayətlənib.
Beləliklə, 24 idmançı ilə qatılan Azərbaycan İslamiadanın kikboksinq yarışlarını 15 medalla tamamlayıb. Bunlardan 3-ü qızıl, 5-i gümüş və 7-si bürünc medaldır.
Azərbaycana medalla qayıdacaq kikboksçular bunlardır: Bəhram Rəcəbzadə (low kick, +91 kq), Fərid Ağamoğlanov (full contact, 63,5 kq), Anar Məmmədov (low kick, 57 kq) – qızıl, Rəhim Əliyev (low kick, 71 kq), Camal Məmmədov (full contact, 54 kq), Ramal Aslanov (low kick, 75 kq), Saqi Salehli (full contact, 75 kq), Elvin Ağayev (full contact, 86 kq) – gümüş, Amil Məmmədov (full contact, 51 kq), Ramiz Məmmədov (full contact, 60 kq), Elxan Əliyev (full contact, 71 kq), Arzuman Qədimov (low kick, 63,5 kq), Qəşəm Məmmədov (low kick, 67 kq), Bəybala Quliyev (low kick, 86 kq), Aysu Devrişova (56 kq) – bürünc.