
Azərbaycan kikboksçuları Latviyada turnirdə iştirak edəcəklər
- 14:00
- 45
Azərbaycan kikboksçuları Latviyada keçiriləcək turnirdə iştirak edəcəklər.
Rekord.az xəbər verir ki, Riqa şəhərində təşkil olunacaq WAKO üzrə yarışa 3 idmançımız qatılacaq.
"Latvia Open"də gənclərdən ibarət millinin baş məşqçisi Hikmət Hacıyev və məşqçi Orxan Əkbərlinin rəhbərliyi altında Rafiq Babazadə (57 kq, K-1), Ayxan Həsənov (81 kq, K-1) və Oqtay İsmayılov (60 kq, K-1) mübarizə aparacaqlar.
Turnirdə WAKO kateqoriyalı hakim, federasiyanın hakimlər kollegiyasının sədr müavini Aydın Ağabəyov da fəaliyyət göstərəcək. Nümayəndə heyətinə AKF-nin baş katibi İlkin Məsimzadə rəhbərlik edir.
Qeyd edək ki, bu gün startı verilən və aprelin 28-də yekunlaşacaq yarışda qalib gələn idmançılar pul mükafatı ilə təltif olunacaqlar.