Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə ABŞ-ın Birminqem şəhərində keçirilən 11-ci Dünya Oyunlarında qızıl medal qazanıb.

Rekord.az xəbər verir ki, 91 kq-dan yuxarı çəki dəcərəsində çıxış edən idmançı finalda xorvatiyalı Anto Şiriçə qalib gəlib - 3:0.

Rəcəbzadə yarımfinalda ukraynalı Roman Şerbatyuku məğlub etmişdi. Kikboksçunun 1/4 final mərhələsindəki rəqibi monteneqrolu Miroslav Vuyoviç rinqə çıxmayıb.

Qeyd edək ki, bu, Dünya Oyunlarında Azərbaycanın ikinci medalıdır. Daha əvvəl aerodans komandası bürünc medala sahib çıxıb. Azərbaycan hazırda medal əyarına görə 33-cü, medal sayında isə 37-ci pillədə qərarlaşıb.