Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi istefaya göndərildi
- 05 Fev 2020 14:45
- 904
Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi istefaya göndərilib.
Rekord.az xəbər verir ki, bu barədə AKF-nin Prezidenti Adil Əliyev özünün Feysbuk səhifəsində məlumat yayıb.
O bildirib ki, qərar İdarə Heyəti tərəfindən verilib: "Azərbaycan Kikboksinq Federasiyasının İdarə Heyəti AKF-nin Prezidentini və Vitse-Prezidentlərini istefaya göndərdi”.
Qeyd edək ki, Adil Əliyev və vitse-prezident Güloğlan Cabbarov deputatlığa namizəddir.